Şimali Koreya Yapon dənizinə doğru bir neçə qanadlı raket atıb

Tokio, 14 fevral , /AJMEDIA/

Şimali Koreya şərq sahillərindən Yapon dənizinə bir neçə qanadlı raket buraxıb.

AJMEDIA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadla məlumat yayıb.

Raket buraxılışı saat 09:00 (Bakı vaxtı ilə saat 04:00) radələrində baş verib. Onların sayı dəqiqləşdirilməyib.

Cənubi Koreya tərəfi ayıq-sayıqlığı gücləndirdiyini və ABŞ-la əməkdaşlıq çərçivəsində Pxenyanın hərəkətlərinə nəzarət etdiyini qeyd edib.

Agentlik əlavə edib ki, bu, Şimali Koreyanın ilin əvvəlindən bəri beşinci qanadlı raket buraxılışıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts