Şiddətli yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Tokio, 8 fevral , /AJMEDIA/

Güclü yağışlar nəticəsində Gürcüstanın qərbində çox ciddi problemlər yaranıb. Xaşuri bələdiyyəsinin Surami bölgəsində də torpaq sürüməsi intesivləşib. Artıq 40 ailə sürüşmə zonasından təxliyə olunub.

AJMEDIA xəbər verir ki, Xaşuri bələdiyyəsinin meri Tenqiz Çitiaşvilinin sözlərinə görə, fevralın 7-də baş vermiş sürüşmə indi zəifləsə də, təhlükə qalmaqdadır. Leysan yağışları nəticəsində evlərin əksəriyyətini su basıb, həyətyanı sahələr, əkin və digər kənd təsərrüfatı sahələri su altında qalıb. İnsanların həmin bölgədə qalması çox təhlükəlidir. Bu səbəbdən də onlar təxliyə olunublar.

Qeyd edək ki, bu son iki gündə Qərbi Gürcüstanda baş verən üçüncü analoji hadisədir. Fevralın 6-da Acarıstanda torpaq sürüşməsi nəticəsində 2 nəfər, fevralın 7-də gecə saatlarında Baqdati rayonunun Nerqeeti kəndində isə 9 nəfər həlak olub.

Suramidə isə insan tələfatı qeydə alınmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts