“Səudiyyə Ərəbistanından ölkəmizə gələn ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub”

Tokio, 23 may , /AJMEDIA/

Ötən ilin aprel ayı ilə müqayisədə bu ilin aprel ayında Səudiyyə Ərəbistanından olan ziyarətçi sayında 3 dəfə artım müşahidə olunub. Eyni zamanda, Səudiyyə Ərəbistanı 2023-cü ilin aprel ayında ölkəmizə həyata keçirilən uçuşların statistikasında ilk beşlikdə yer alır.
Bu barədə AJMEDIA-ya Dövlət Turizm Agentliyindən bildirilib.
“2022-ci ildə Səudiyyə Ərəbistanından olan ziyarətçilər Körfəz ölkələri sırasında birinci pillədə qərarlaşıb. Həmin il Körfəz ölkələrindən Azərbaycana 185 min 288 xarici vətəndaş səfər edib ki, bunun da 52 faizini Səudiyyə Ərəbistanı vətəndaşları təşkil edib”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts