Səudiyyə Ərəbistanı: Həcc ziyarətinə xaricdən 1,5 milyon zəvvar gəlib

Tokio, 22 iyun , /AJMEDIA/

Səudiyyə Ərəbistanı pasportlar baş idarəsinin tviter hesabında yaydığı açıqlamada müsəlmanların həcc ziyarətini yerinə yetirmək üçün dünyanın hər yerindən quru, dəniz və hava yolu ilə müqəddəs torpaqlara gəlməyə davam etdiyi bildirilir.
AJMEDIA xəbər verir ki, açıqlamada xaricdən Səudiyyə Ərəbistanına gələn zəvvarların sayının iyunun 21-nə bir milyon 499 min 472-yə çatdığı, onlardan bir milyon 435 min 14-nün hava yolundan istifadə etdiyi qeyd olunur. Daha 59 min 744 nəfər quru yolları, 4 min 714 nəfər isə dəniz yolu ilə gəlib.
Məlumata görə, müqəddəs torpaqlarda qonaqlarının hər cür rahatlığının təmin edilməsinə diqqət yetirilir. Təyyarə ilə gələn zəvvarların 230 min 170 nəfəri Məkkə Yolu layihəsindən yararlanıb. Bu layihə üzrə viza prosedurları ilə yanaşı, baqajların təyinat yerinə çatdırılması və digər xidmətlər də həyata keçirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts