SƏFİRİN GÜNDƏLİYİNDƏN

Tokio, 6 sentyabr, /AJMEDIA/

Əziz dostlar,
Səfirliyimizin sosial media səhifələrindən hamınızı salamlayıram!
Avqust ayının 22-də Malayziyaya gəldiyim tarixdən etibarən bu günə qədər yerli qanunlar çərçivəsində nəzərdə tutulan 14 günlük ev karantini rejimini başa vurdum və bu gün – sentyabrın 6-da işə başladım.

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi, Azərbaycan-Malayziya münasibətlərinin daha da inkişaf etdirilməsi və genişləndirilməsi, eləcə də səfirliyimizin akkreditə olunduğu digər ölkələrlə əlaqələrin daha da möhkəmələndirilməsi baxımından bizi qarşıda dinamik, məsuliyyətli, amma olduqca şərəfli fəaliyyət gözləyir.

Dünyada əmin-amanlıq və rifahın bərqərar olması, xalqlar arasında dostluğun və qarşılıqlı faydaya əsaslanan səmərəli əməkdaşlığın inkişaf etdirilməsi sülh diplomatiyasının, o cümlədən Azərbaycan diplomatiyasının prioritetlərindən biridir. Bu amala xidmət etmək üçün sizinlə birgə işləməkdən böyük qürur duyuram.
Hamınıza möhkəm can sağlığı və işlərinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Səfir İrfan Davudov

Follow us on social

Facebook Twitter Youtube

Related Posts