Rusiya Prezidenti Kremldə ölkənin güc strukturlarının şəxsi heyəti ilə görüşüb

Tokio, 27 iyun , /AJMEDIA/

Rusiya Prezidenti Vladimir Putin ölkənin silahlı qüvvələrinin, hüquq-mühafizə orqanlarının və xüsusi xidmətlərinin şəxsi heyətinə mərdliyə və cəsurluğa görə təşəkkür edib.
AJMEDIA xəbər verir ki, V.Putin bu gün Kremldə hərbçilər və hüquq-mühafizə orqanlarının nümayəndələri ilə görüşüb. O bildirib ki, silahlı qiyam zamanı güc strukturları nümayəndələrinin çevik və dəqiq işi dinc əhali arasında itkilərin qarşısını alıb.
Görüş iştirakçıları qiyam zamanı həlak olmuş pilotların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts