Rumıniyada NATO-nun hərbi-dəniz təlimi başlayıb

Tokio, 8 aprel , /AJMEDIA/

Rumıniyada NATO-nun “Sea Shield 24” (Dəniz qalxanı- 2024) hərbi-dəniz təliminə start verilib.

AJMEDIA xəbər verir ki, təlimlərdə Rumıniyadan başqa, alyansa üzv dövlətlər və onların tərəfdaşlarından ibarət 12 ölkə – Bolqarıstan, Böyük Britaniya, Yunanıstan, Gürcüstan, İtaliya, Moldova, Niderland, Polşa, Portuqaliya, ABŞ, Fransa və Türkiyə iştirak edir.

Aprelin 21-də başa çatacaq manevrlərə 2,2 mindən çox hərbi qulluqçu və 135 hərbi texnika, o cümlədən 27 dəniz və çay gəmisi, 17 təyyarə və 91 nəqliyyat vasitəsi və kater cəlb olunub.

“Sea Shield 24” Rumıniyanın təşəbbüslərini və maraqlarını regional və beynəlxalq miqyasda irəli sürməyə, həmçinin iştirakçı ölkələrin hərbi qüvvələri arasında qarşılıqlı fəaliyyət səviyyəsini artırmağa kömək edir”, – deyə Rumıniya Müdafiə Nazirliyinin bəyanatında bildirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts