“Reuters”: Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları gücləndirə bilər

Tokio, 25 oktyabr, /AJMEDIA/

ABŞ-da keçiriləcək prezident seçkilərində Respublikaçılar partiyasının namizədi Donald Trampın qalib gələcəyi təqdirdə Avropa İttifaqı Rusiyaya qarşı məhdudlaşdırıcı tədbirlərin gücləndirilməsi imkanını nəzərdən keçirir.

AJMEDIA xəbər verir ki, “Reuters” agentliyi bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Avropa rəsmiləri əmin olmaq istəyirlər ki, Vaşinqton yeni administrasiyanın gəlişi ilə siyasi kursunu dəyişmək qərarına gəlsə də, Brüsselin Rusiyaya qarşı sanksiyaları uzun müddət qüvvədə qalacaq. Müzakirə olunan tədbirlər Rusiya aktivlərinin dondurulmasına və sanksiyalardan yayınma hallarına nəzarətə təsir edə bilər.

Avropa İttifaqı, həmçinin Rusiya neftini daşıyan daha 45 gəmini qara siyahıya salmaq və bu ölkədən maye qaz idxalına məhdudiyyətlər qoymaq niyyətindədir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts