Rəcəb Tayyib Ərdoğan və Cozef Bayden arasında görüş başlayıb

Tokio, 11 iyul , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Litvada keçirilən NATO Sammiti çərçivəsində ABŞ Prezidenti Cozef Bayden ilə görüşüb.
AJMEDIA “TRT Haber”ə istinadla xəbər verir ki, görüşdə Türkiyə Prezidenti seçki ilə bağlı təbrik mesajına görə ABŞ Prezidentinə təşəkkür edib. Bildirib ki, strateji mexanizm çərçivəsində indi prezidentlər səviyyəsində məsləhətləşmələrin vaxtıdır. Bu baxımdan indiki görüşü ilk addım kimi qiymətləndirən Türkiyə lideri hazırda yeni prosesə başlanıldığını söyləyib.
“Təbii ki, bu yeni proses mənim üçün 5 illik bir prosesdir, Sizin də seçki hazırlıqlarınız var. Bu seçki hazırlığında sizə uğurlar arzulayıram”, – deyə Prezident Rəcəb Tayyib Ərdoğan qeyd edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts