Rəcəb Tayyib Ərdoğan ilk türk astronavtının adını açıqladı

Tokio, 29 aprel , /AJMEDIA/

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ilin noyabrında “Axiom Space” kompaniyasının üçüncü kommersiya astronavtları missiyası çərçivəsində Beynəlxalq Kosmik Stansiyaya uçacaq ilk türk astronavtının adını açıqlayıb.
AJMEDIA xəbər verir ki, Rəcəb Tayyib Ərdoğan bu barədə TEKNOFEST festivalında çıxışı zamanı deyib.
“Beynəlxalq Kosmik Stansiyaya Hərbi-Hava Qüvvələrində xidməti zamanı xeyli uğura nail olan qəhrəman türk pilotu Alper Gezeravcı yollanacaq”, – deyə Türkiyənin dövlət başçısı bildirib. Onun sözlərinə görə, missiya çərçivəsində Alper Gezeravcının əvəzedicisi “Roketsan” kompaniyasının mühəndisi Tuva Cihangir olacaq.
Qarşıdakı missiya Türkiyənin növbəti on ildə kosmik sahədə inkişafı üzrə yol xəritəsinin bir hissəsidir. Bu yol xəritəsinə yaxın yerətrafı orbitə və Aya missiyalar, həmçinin beynəlxalq səviyyəli peyk sistemlərinin hazırlanması daxildir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts