“Qardaşlaşmış məktəblər” “Şuşa İli” çərçivəsində birgə tədbirlər təşkil edəcək

Tokio, 27 fevral, /AJMEDIA/

“Şuşa İli” çərçivəsində UNESCO Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan məktəblərin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ümumtəhsil müəssisələrinin “Şuşa İli” ilə bağlı birgə tədbirləri təşkil olunacaq.

AJMEDIA xəbər verir ki, bu, “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nda öz əksini tapıb. Tədbirləri 2022-ci il ərzində Azərbaycan Respublikasının Təhsil və Xarici İşlər nazirlikləri təşkil edəcək.

Xatırladaq ki, “Azərbaycan Respublikasında 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 yanvar tarixli 3096 nömrəli Sərəncamının 2-ci hissəsinin icrasını təmin etmək məqsədilə Baş nazir Əli Əsədov “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Sərəncam imzalayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts