Qərb Rusiya-Ukrayna münaqişəsinin həlli üçün danışıqlara hazırlaşır

Tokio, 20 may , /AJMEDIA/

Qərb Ukrayna ordusunun əks-hücuma keçməsi ilə Moskvanı münaqişənin həlli üçün danışıqlara məcbur etməyə çalışır.
AJMEDIA xəbər verir ki, bu barədə “Global Times” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, ekspertlərin fikrincə, Ukraynada müharibənin uzanması Kiyev və Moskva üçün praktiki əhəmiyyət kəsb etmir. Çünki Qərb ölkələri Ukraynanı dəstəklədiyi, Rusiyanın isə nüvə silahına malik güclü dövlət olduğu üçün tərəflərdən birinin müharibədə tam qələbə qazanması mümkün görünmür və nəticədə onlar güzəştlərə getməyə məcbur olacaqlar. Həm Ukrayna, həm də Rusiya uzun müddət müharibə aparmaq potensialına malikdir. Çin uzunmüddətli perspektivdə müharibənin nizamlanması üçün ən uyğun vasitəçi ola bilər. Belə ki, Pekin hər iki tərəflə yaxşı münasibətləri qoruyan dövlətlərdən biridir və bu ölkənin nüfuzu ona vasitəçi kimi çıxış etməyə imkan verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts