“Putinin fikrini amerikalılara çatdırmaq vacib idi” – Qalmaqallı müsahibənin DETALLARI

Tokio, 11 fevral , /AJMEDIA/

“Amerikalılar xarici ölkələr haqqında ənənəvi olaraq az şey bilirlər. Buna görə də onlara Rusiya prezidenti Vladimir Putinin tarixi baxışını çatdırmaq vacib idi”.

AJMEDIA xəbər verir ki, bu sözləri Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.

Onun sözlərinə görə, amerikalı jurnalist Taker Karlson müsahibəyə hazırlıqlı gəlib.

“Bu cür səviyyəli jurnalistlər belə mühüm müsahibələrə hazırlıqsız getmirlər. O, Amerika ictimai rəyinin güzgüsüdür. Amerikalılar çox böyük introvertlərdir, onlar ənənəvi olaraq öz dünyalarında yaşayırlar və qəribə də olsa, xarici ölkələrə az maraq göstərirlər. Bu səbəbdən xarici ölkə haqqında az şey bilirlər. Buna görə də Putinin ideologiyasını adi amerikalılara çatdırmaq çox vacib idi”, – deyə Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin Taker Karlsonla müsahibəsinin tarixi hissəsini Qərbdə qavramaq çətin olacaq. Lakin orada bununla maraqlanacaq mütəxəssislər var.

“Ukraynanın bu müsahibədə gündəmin əsas mövzusu olacağı bəlli idi. Putin çox dərin tarix biliyinə arxalanır. Və o, tarix haqqında mühakimələrini məhz ilkin mənbələr əsasında formalaşdırır. Arxiv sənədləri ilə çox tez-tez işləyir. Putinin tarixi dünyagörüşü emosional deyil, o, ilkin mənbələrin xüsusi biliyinə əsaslanır”, – deyə Peskov əlavə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts