Polşa Belarusla sərhədin mühafizəsinə əlavə qüvvələr cəlb edir

Tokio, 2 iyul , /AJMEDIA/

Polşa “Vaqner” qrupunun Belarusa transfer ehtimalını nəzərə alaraq bu ölkə ilə sərhədin mühafizəsinə əlavə qüvvələr cəlb edir.
Antiterror birləşmələrinin üzvlərinin də daxil olduğu ümumilikdə 500 polis işçisi Belarusla sərhəddə xidmət edən 5 min sərhədçi və 2 min əsgərə əlavə dəstək göstərəcək.
AJMEDIA xəbər verir ki, bu barədə Polşanın daxili işlər naziri Mariuş Kaminski özünün sosial media hesabında bildirib.
Xatırladaq ki, Polşa hökumətində təhlükəsizlik məsələlərinə cavabdeh olan Yaroslav Kaçinski ötən günlərdə şərqdə sərhəd zolağının gücləndiriləcəyini elan etmişdi. Onun iddiasına görə, Polşa tərəfi 8 minədək “Vaqner”çinin Belarus ərazisinə keçə biləcəyinə dair məlumat əldə edib. Buna görə də Polşa Belarusla uzunluğu 418 kilometr olan sərhədinə xüsusi diqqət ayırmalıdır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts