Peskov: Lukaşenko vasitəçi oldu, çünki o, Priqojini uzun illərdir tanıyırdı

Tokio, 25 iyun , /AJMEDIA/

Belarus Prezidenti Aleksandr Lukaşenko “Vaqner” hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinlə çoxdan tanış olduğu üçün vasitəçi rolunu təklif edib.
AJMEDIA xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
“Yəqin ki, məndən Prezident Aleksandr Lukaşenkonun vasitəçilik səbəbini soruşacaqsınız. Fakt budur ki, Lukaşenko Priqojinlə çoxdan, təxminən 20 ildir şəxsən tanışdır”, – deyə D.Peskov vurğulayıb.
Onun sözlərinə görə, bu təklif şəxsən Lukaşenkodan gəlib və Rusiya Prezidenti tərəfindən razılaşdırılıb.
Qeyd edək ki, bundan əvvəl Minskdə Priqojinin Belarus Prezidentinin təklifini qəbul edərək silahlı dəstələrinin hərəkətini dayandırdığı bildirilib. Daha sonra Peskov Yevgeni Priqojinə qarşı cinayət işinin xitam verəcəyini açıqlayıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts