Pentaqon KXDR raketlərinin ABŞ ərazisinə çata biləcəyini açıqlayıb

Tokio, 19 iyul , /AJMEDIA/

Koreya Xalq Demokratik Respublikası (KXDR) tərəfindən sınaqdan keçirilən ballistik raketlər ABŞ ərazisinə çatmaq iqtidarındadır, lakin onların nüvə silahı ilə bu qədər məsafəni qət edib-etməyəcəyi hələ aydın deyil.
AJMEDIA xəbər verir ki, bunu Aspen İnstitutunun təşkil etdiyi təhlükəsizlik forumunda ABŞ Silahlı Qüvvələri Hind-Sakit Okean Komandanlığının rəhbəri admiral Con Akvilino deyib. “Onların [raketlərin] son zamanlar nümayiş etdirdiyi imkanlar, bizim hesablamalarımıza görə, onlara ABŞ-a çatmağa imkan verir”, – deyə C.Akvilino qeyd edib. O deyib: “Belə bir nüvə enerjili raketi buraxmaq imkanlarına gəlincə, biz hələ də onların bu sahədəki imkanlarını qiymətləndiririk. Bunun üçün döyüş başlığının ölçüsünü azaltmaq tələb olunur. Onların bunu edə bilib-bilməyəcəkləri məlum deyil”.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts