Parisdə Beynəlxalq Aviasiya-Kosmik Sərgisi açılıb

Tokio, 19 iyun , /AJMEDIA/

Fransa paytaxtında dördillik fasilədən sonra 54-cü Beynəlxalq Aviasiya-Kosmik Sərgisi yenidən açılıb.
AJMEDIA xəbər verir ki, sərgidə 49 ölkənin istehsalı nümayiş olunur. İlk üç gün ərzində sərgi yalnız peşəkarlar üçün nəzərdə tutulub, son iki gündə isə ictimaiyyət nümayəndələri sərgini ziyarət edə biləcəklər. Sərgidə 185 ölkədən 139 840-ı peşəkar və 176 630-u mülki şəxs olmaqla 316 470 ziyarətçinin iştirakı gözlənilir. Sərgiyə dünyanın 98 ölkəsindən 304 rəsmi nümayəndə heyəti, 21 ölkədən isə 150 startap qatılacaq.
Beynəlxalq Aviasiya-Kosmik Sərgisi Airbus və Boeing arasında yüksək səviyyəli ticarət yarışı hesab olunur. Son 6 ayda bu şirkətlərə 2 000 təyyarə sifariş edilib. Qarşıdakı 20 il ərzində 40-50 min sərnişin təyyarəsinə ehtiyac olacağı proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, 54-cü Beynəlxalq Aviasiya-Kosmik Sərgisi aviasiyada yeni karbonsuzlaşdırma dövrünün başlanğıcı olacaq.
Sərgi iyunun 25-dək davam edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts