Pakistanda leysan yağışları 25 nəfərin ölümünə səbəb olub

Tokio, 11 iyun , /AJMEDIA/

Pakistanın şimal-qərbindəki Xeybər Paxtunxva vilayətində leysan yağışları azı 25 nəfərin ölümünə, 145 nəfərin xəsarət almasına səbəb olub.
AJMEDIA Pakistan mediasına istinadla xəbər verir ki, ölüm hallarının çoxu Bannu rayonunda qeydə alınıb. Şiddətli yağışlar rayonda 68 evi dağıdıb. Lakki və Karak rayonlarında da ölüm və xəsarət alma halları qeydə alınıb. Ölənlər və xəsarət alanlar arasında uşaqlar da var. Leysan yağışları kommunikasiya və elektrik xətlərinə, avtomobil yollarına ziyan vurub.
Pakistanın Baş naziri Şahbaz Şərif səlahiyyətli qurumlara təbii fəlakətlə mübarizə və onun nəticələrinin ən qısa zamanda aradan qaldırılması üçün tapşırıqlarını verib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts