Özbəkistanda tam peyvənd olunanların sayı 2 milyona çatıb

Tokio, 4 sentyabr, /AJMEDIA/

Bu günədək Özbəkistanda 1 milyon 988 min 158 adam tam peyvənd edilib.

AJMEDIA Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, indiyədək ölkədə 14 milyon 770 min doza vaksin istifadə olunub.

Hazırda ölkədə Özbəkistanın “ZF-UZ-VAC2001”, “AstraZeneca”, “Sputnik V” və “Moderna” peyvəndlərindən istifadə edilir.

İlin sonunadək 7 milyon nəfərin peyvənd olunması nəzərdə tutulur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts