Ordu generalı To Lam Vyetnamın yeni prezidenti seçilib

Tokio, 22 may , /AJMEDIA/

Mayın 22-də Vyetnam Milli Assambleyası (parlament) ictimai təhlükəsizlik naziri, ordu generalı To Lamı ölkənin yeni prezidenti seçib.

AJMEDIA xəbər verir ki, bu barədə Milli Assambleyanın ofisinin rəhbəri Bui Van Kuonq məlumat verib.

Lamın Vyetnam prezidenti seçilməsi ilə bağlı qətnaməni iclasda iştirak edən 473 parlament üzvündən 472-si dəstəkləyib. Öz növbəsində, yeni seçilmiş prezident bütün strateji dövlət vəzifələrinin və hədəflərinin yerinə yetirilməsi üçün əlindən gələni edəcəyini bəyan edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts