OPEC+ ölkələrinin nazirləri Vyanada görüşəcəklər

Tokio, 4 iyun , /AJMEDIA/

OPEC+ ölkələrinin nazirləri bu gün Vyanada görüşəcəklər.
AJMEDIA xəbər verir ki, görüş zamanı alyansın neft hasilatı ilə bağlı gələcək planlar müzakirə olunacaq.
Qeyd edək ki, nazirlərin son görüşü 2022-ciu ilin oktyabrında keçirilib və tərəflər noyabr ayından hasilatı sutkada 2 milyon barel (b/d) azaltmağa razılaşıblar.
Bu ilin aprelində bir neçə OPEC+ ölkəsi may ayından 2023-cü ilin sonuna qədər neft hasilatının könüllü olaraq əlavə azaldacağını elan edib. Bu azalmanın ümumi həcmi Rusiyanın payı ilə birlikdə sutkada 1,66 milyon barel təşkil edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts