Norveç və Danimarka Ukraynaya yeni sursat paketi göndərirlər

Tokio, 15 iyun , /AJMEDIA/

Norveç və Danimarka Ukraynaya yeni sursat paketini göndərirlər.
AJMEDIA xəbər verir ki, Norveç və Danimarka birgə səylərlə Ukraynaya bir neçə növ artilleriya silahı, o cümlədən ABŞ-nin M109 özüyeriyən artilleriya qurğularında istifadə edilə bilən əlavə 9 min mərminin verilməsi barədə razılığa gəliblər.
Razılaşmaya görə, Norveç Ukraynanı mərmi, Danimarka isə partlayıcılar və güllələrlə təmin edir. Norveç, həmçinin müdafiə ordusunun ehtiyatlarından 7 min patron göndərəcək. Öz növbəsində, Danimarka tərəfi əvvəllər Ukraynaya təhvil verilmiş artilleriya və silahlar üçün təxminən 2 min mərmi təhvil verməyi öhdəsinə götürüb.
Silahların Ukrayna tərəfinə verilməsinə artıq başlanılıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts