Nigerin yüzlərlə sakini Fransa əleyhinə nümayişə çıxıb

Tokio, 3 avqust , /AJMEDIA/

Niger Respublikasının Müstəqillik Günündə hərbi çevrilişin təşkilatçılarına qarşı çıxan Fransanın və digər ölkələrin əleyhinə keçirilən nümayişdə yüzlərlə insan iştirak edib.
AJMEDIA Associated Press agentliyinə istinadla xəbər verir ki, mitinq iştirakçıları yeni hakimiyyətə dəstək ifadə edən şüarlar səsləndirib və digər dövlətlərin ölkənin daxili işlərinə qarışmasını pisləyib.
Dünən Nigerin yeni lideri, general Abdurahman Çhiani xalqa müraciətində hərbçiləri çevrilişə görə qınayanları tənqid edib və vətəndaşları ölkəni müdafiə etməyə hazır olmağa çağırıb. O, həmçinin Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) Nigerə qarşı tətbiq etdiyi sanksiyaları “qanunsuz, ədalətsiz və qeyri-insani” adlandırıb.
ABŞ, Fransa, Aİ, Afrika İttifaqı, ECOWAS hərbi çevrilişi pisləsə də, Mali və Burkina Faso hərbçiləri dəstəkləyir. Bu iki ölkə Nigerə istənilən xarici hərbi müdaxilənin onlara qarşı müharibə kimi qəbul olunacağı barədə xəbərdarlıq edib.
Xatırladaq ki, iyulun 26-da Nigerdə hərbçilər qiyam qaldıraraq Prezident Mohamed Bazumu vəzifədən kənarlaşdırıb. Hərbi çevrilişin rəhbəri general Abdurahman Çiani özünü Nigerin yeni lideri elan edərək bütün idarəçilik səlahiyyətlərini əlinə alıb

Follow us on social

Facebook Twitter Youtube

Related Posts