“Moskva Siti” biznes mərkəzinə dron hücumu

Tokio, 1 avqust , /AJMEDIA/

Rusiyada “Moskva Siti” biznes mərkəzinə dron hücumu olub.

AJMEDIA yerli KİV-ə istinadən xəbər verir ki, hücum zamanı xəsarət alan olmayıb.

Moskvanın meri Sergey Sobyanin məlumatı təsdiqləyib.

Onun sözlərinə görə, PUA hücumu nəticəsində 17-ci mərtəbə səviyyəsində olan binanın şüşələri qırılıb, 21-ci mərtəbənin fasadı zədələnib.

Bildirilib ki, hava hücumundan müdafiə qüvvələri dronu vurub.

Təcili yardım xidmətləri hadisə yerindədir.

Xatırladaq ki, iyulun 30-da “Moskva Siti”yə dron hücumu olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts