Monteneqroda parlament seçkiləri iyunun 11-də keçiriləcək

Tokio, 21 may , /AJMEDIA/

İyunun 11-də Monteneqroda növbədənkənar parlament seçkiləri keçiriləcək.
AJMEDIA xəbər verir ki, hazırda Baş nazirin vəzifə səlahiyyətlərini Dritan Abazoviç yerinə yetirsə də, onun rəhbərlik etdiyi hökumət ötən il avqustun 19-da Monteneqro parlamentində keçirilən etimad səsverməsi nəticəsində buraxılıb. Yeni hökumətin qurulması prosesi isə siyasi böhrana çevrilib. Hökumətin formalaşdırılması ilə bağlı verilən müddət başa çatdığı üçün Monteneqronun sabiq Prezidenti Milo Cukanoviç martın 17-də ölkə parlamentini buraxıb.
Qeyd edək ki, ötən gün Monteneqronun yeni Prezidenti Yakov Milatoviç paytaxt Podqoritsada keçirilən andiçmə mərasimi ilə vəzifə səlahiyyətlərinin icrasına başlayıb. Müstəqilliyinin 17-ci ildönümünü qeyd edən Monteneqroya bu vaxtadək səkkiz prezident rəhbərlik edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts