Milli Məclisin deputatları ATƏT PA-nın İpək Yoluna Dəstək Qrupunun konfransında iştirak edirlər

Tokio, 18 oktyabr , /AJMEDIA/

İstanbulda Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının (ATƏT PA) İpək Yolu Qrupunun beynəlxalq konfransı keçirilir.
“Böhran dövründə enerji və ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün əlaqələndirmənin gücləndirilməsi” mövzusundakı tədbirdə Milli Məclisin deputatları – ATƏT Parlament Assambleyasında nümayəndə heyətimizin rəhbəri, təşkilatın İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit üzrə ümumi komitəsinin sədri, ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev və nümayəndə heyətinin üzvü Tural Gəncəliyev iştirak edirlər.
AJMEDIA xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə baş tutan tədbirdə çıxış edən ATƏT PA-nın İpək Yolu Qrupunun sədri Azay Quliyev Azərbaycan təbii qazının Avropaya tədarükünün miqdarının illik 20 milyard kubmetrə çatdırılmasının gözlənildiyini deyib.
Bildirilib ki, bu il iyulun 18-də Avropa İttifaqı ilə ölkəmiz arasında imzalanan Anlaşma Memorandumu, həmçinin Yunanıstan-Bolqarıstan interkonnektorunun açılışı Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Digər tərəfdən Azərbaycan “Qərb-Şərq” və “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin inkişafına böyük töhfə verir və Orta Dəhlizin əhəmiyyətli bir hissəsi olacaq Zəngəzur dəhlizinin açılmasını aktiv şəkildə təşviq edir”.
Tədbir davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts