Meksikada kəskin istilər 100-dən çox insanın həyatına son qoyub

Tokio, 30 iyun , /AJMEDIA/

Meksikada son həftələrdə davam edən kəskin istilər səbəbindən həyatını itirənlərin sayı 112-yə çatıb.
AJMEDIA xəbər verir ki, ölkə mətbuatda yer alan xəbərlərə görə, xüsusilə ölkənin şimal-qərb və cənub-şərqində rekord istilər daha çox insan tələfatı ilə nəticələnib.
Səhiyyə Nazirliyinin açıqlamasında ölənlərin 45-64 yaş aralığında olduğu, 112 nəfərdən 104-nün günvurma nəticəsində öldüyü bildirilib.
Milli Meteorologiya Xidmət ölkə ərazisində istilərin daha 10-15 gün davam edəcəyini açıqlayıb və xroniki xəstələrə lazım olmadıqca müəyyən vaxtlarda çölə çıxmamağı tövsiyə edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts