Konstantin Zatulin vəzifəsindən kənarlaşdırıla bilər

Tokio, 5 iyun , /AJMEDIA/

Hakim “Yedinaya Rossiya” Partiyası Rusiya Dövlət Dumasının deputatı, MDB, Avrasiya inteqrasiyası və həmvətənlərin işləri üzrə Komitə sədrinin birinci müavini Konstantin Zatulinin partiya fraksiyasından və komitə rəhbərliyindən uzaqlaşdırılması məsələsini müzakirə edir.
AJMEDIA xəbər verir ki, bu barədə Rusiya KİV-ləri hakim partiyadakı mənbələrə istinadla məlumat yayıb.
Ermənilərin, ilk növbədə Azərbaycanda separatçı qüvvələrin havadarı sayılan K.Zatulin bu günlərdə forumda çıxışı zamanı bildirib ki, Ukrayna münaqişəsi ilə əlaqədar Rusiyada təkcə sənaye deyil, bütövlükdə həyat hərbi vəziyyətə keçməlidir. O əlavə edib ki, Rusiya Ukraynada münaqişə başlananda qarşıya qoyduğu məqsədlərin heç birinə çatmayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts