Kiyevdə yaşayış binasına raket qalıqlarının düşməsi nəticəsində beş nəfər həlak olub

Tokio, 25 iyun , /AJMEDIA/

Ukrayna paytaxtı Kiyevin Solomensk rayonunda şənbə günü düşmən raketinin qalıqları düşmüş çoxmərtəbəli yaşayış binasının dağıntılarının təmizlənməsi işləri davam edir.
AJMEDIA xəbər verir ki, artıq dağıntılar altından beş nəfərin cəsədi çıxarılıb.
“Düşmən hücumunun nəticələrinin aradan qaldırılması üzrə əməliyyat davam edir. Rusiya raketinin qalıqlarının düşdüyü binada azı beş nəfər həlak olub”, – deyə şəhər meri Vitali Kliçko teleqram kanalında bildirib.
Qeyd edək ki, iyunun 24-də Rusiyanın gecə hücumları zamanı düşmən raketinin qalıqları Solomensk rayonundakı yaşayış binasına düşüb. Nəticədə binanın 16, 17, 18 və 19-cu mərtəbələrində mənzillərə ziyan dəyib. Bundan başqa, dayanacaqda park edilmiş təxminən 40 avtomobil də ciddi zədələnib.
Kiyev şəhər hərbi administrasiyasından verilən məlumata görə, həmin gün Kiyevin hava məkanında 20 düşmən raketi vurulub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts