Kiyev əks-hücumun sonuna qədər “F-16” qırıcılarını almayacaq

Tokio, 4 iyul , /AJMEDIA/

Əks-hücum tamamlanana qədər Ukrayna “F-16” qırıcılarını almayacaq. Cəbhə xəttində mövcud vəziyyətlə əlaqədar yaxın vaxtlarda bu barədə qərar qəbul edilməyəcək.
AJMEDIA xəbər verir ki, bu barədə NATO hərbi komitəsinin rəhbəri admiral Rob Bauer bildirib.
O həmçinin qeyd edib ki, ukraynalı pilotların, texniki mütəxəssislərin hazırlanması və təyyarələr üçün logistikanın təmin edilməsi əks-hücum bitənə qədər mümkün deyil.
Admiral etiraf edib ki, üç müdafiə xətti, geniş minalanmış sahələr Ukrayna hərbçilərinin cəbhə xəttində irəliləməsini çətinləşdirir.
“Politico”ya görə, Ukrayna bu il “F-16” qırıcılarını alacağını gözləyir, lakin bu, 2024-cü ilin əvvəlinə qədər mümkün deyil.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts