Kiyevə növbəti dəfə kütləvi raket və dron hücumu edilib

Tokio, 29 may , /AJMEDIA/

Kiyev mayın 29-na keçən gecə İran kamikadze dronlarının və qanadlı raketlərin növbəti hücumuna məruz qalıb.
AJMEDIA xəbər verir ki, hava həyəcanı siqnalından sonra paytaxtda hava hücumundan müdafiə sistemləri işə düşüb və partlayış səsləri eşidilib.
Kiyev Regional Hərbi Administrasiyasının rəhbəri Sergey Popkonun verdiyi məlumata görə, bu, mayın əvvəlindən bəri Rusiya ordusunun Kiyevə 15-ci hava hücumudur. Mayın 29-na keçən gecə Rusiya aviasiyasının hücumu zamanı Kiyev səmasında 40-dan çox pilotsuz təyyarə və raket vurulub.
Məlumata görə, hava hücumu nəticəsində zərərsizləşdirilən raketin qalığının düşməsi paytaxtın Podol rayonunda bir yaşayış binasında dağıntıya səbəb olub.
Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı Valeri Zalujnı teleqram səhifəsində yaydığı məlumatda bildirib ki, mayın 29-na keçən gecə Rusiya hərbçiləri Ukrayna ərazisinə 40-a qədər qanadlı raket və 35-ə yaxın pilotsuz uçuş aparatı atıb. Eyni zamanda, Ukrayna hava hücumundan müdafiə qüvvələri 37 raket, 29 hücum təyyarəsi və bir kəşfiyyat aparatını məhv edib.
“Bu gecə rus işğalçıları qanadlı raketlər və pilotsuz hücum təyyarələri ilə Ukraynanın hərbi obyektlərinə və mühüm infrastrukturuna hücum ediblər”, – V.Zalujnı teleqram səhifəsində bildirib. Həmçinin qeyd olunub ki, Rusiya ordusu Xəzər dənizi regionundan havadan buraxılan 40-a qədər “X-101/X-555” qanadlı raketi atıblar.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts