Kanadanın Baş naziri Kiyevə elan olunmamış səfər edib

Tokio, 10 iyun , /AJMEDIA/

Kanadanın Baş naziri Castin Trüdo bu gün Kiyevə gözlənilməyən səfər edib.
AJMEDIA CBC telekompaniyasına istinadla xəbər verir ki, Castin Trüdo Ukraynaya maliyyə naziri Xristia Frilandla birlikdə gəlib.
“The Globe and Mail” qəzetinin məlumatına görə, Baş nazir birgünlük səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək. Danışıqların Ottavanın Kiyevə dəstəyinə, həmçinin Ukraynanın bərpasında Kanadanın potensial roluna həsr olunacağı gözlənilir.
Bu, Ukraynada müharibənin başladığı dövrdən bəri Castin Trüdonun Kiyevə ikinci səfəridir. Bundan öncəki səfər 2022-ci ilin mayında baş tutmuşdu.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts