Jozep Borrel: Aİ yaxın vaxtlarda Ukraynaya F-16 qırıcıları tədarük edə bilər

Tokio, 22 may , /AJMEDIA/

Avropa İttifaqı Ukraynaya F-16 qırıcı təyyarələrinin göndərilməsi barədə Yeddilər qrupunun (G7) qərarını alqışlayır.
AJMEDIA xəbər verir ki, bunu Avropa İttifaqının xarici siyasət idarəsinin rəhbəri Jozep Borrel Aİ xarici işlər nazirlərinin görüşü ərəfəsində deyib.
“Qırıcı təyyarələrin Kiyevə tədarükünə başlamaq üçün G7 çox əla ideya irəli sürüb və yaxşı addım atıb. Pilotların təliminə artıq başlanılıb – ilk növbədə bunu etmək lazımdır. Ümid edirəm ki, yaxın vaxtlarda Ukraynaya belə növ silahlar çatdıra biləcəyik”, – deyə Jozep Borrel vurğulayıb.
Onun sözlərinə görə, Aİ-nin xarici siyasət idarələrinin rəhbərləri Kiyevə silah tədarükü üçün Avropa Fondundan yeni tranşın ayrılması məsələsini də müzakirə edəcəklər.
Mayın 21-də ABŞ Prezidenti Cozef Bayden Yeddilər qrupunun Xirosima şəhərində keçirilən sammiti zamanı Birləşmiş Ştatlar müttəfiqləri ilə birlikdə ukraynalı pilotlara hazırlıq keçəcəyini qeyd edib.
Amerika Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Cek Sallivan isə bildirib ki, Vaşinqton hansı ölkələrin Kiyevə F-16 qırıcıları verəcəyini yaxın aylarda həmfikirləri ilə müzakirə edəcək.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts