İtaliyadakı daşqınlar 3 mindən çox binaya və 105 məktəbə ziyan vurub

Tokio, 23 may , /AJMEDIA/

İtaliyanın şimal-şərqindəki Emiliya-Romaniya regionunda şiddətli leysan yağışlarından sonra baş verən sel və daşqınlar nəticəsində üç mindən çox binaya ziyan dəyib.
AJMEDIA xəbər verir ki, daşqınlar 105 məktəbə, onlarla yerli əhəmiyyətli avtomobil və dəmir yoluna ziyan vurub.
İtaliya Nazirlər Şurasının Baş naziri Ciorcia Meloninin sədrliyi ilə mayın 23-də keçirilən iclasında təbii fəlakətin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 2 milyard avro vəsait ayrılıb. Nazirlər Şurası, həmçinin regionda fövqəladə vəziyyətlə bağlı qanunu təsdiqləyib. Avqustun 31-dək bəzi vergi güzəştlərinin tətbiqi və birdəfəlik yardımların göstərilməsi nəzərdə tutulub. Hazırda mütəxəssislər dəymiş ziyanın qiymətləndirilməsini aparırlar.
Xatırladaq ki, mayın 16-da baş verən təbii fəlakət nəticəsində 14 nəfər həlak olub, 26 min nəfər evini tərk etmək məcburiyyətində qalıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts