İtaliyada daşqınlar nəticəsində 50 min ev işıqsız qalıb

Tokio, 18 may , /AJMEDIA/

İtaliyanın Emiliya-Romaniya regionunda sel və daşqınlar nəticəsində 50 min evin elektrik enerjisi kəsilib.
AJMEDIA xəbər verir ki, təbii fəlakətin fəsadlarının aradan qaldırılmasına 150 yanğınsöndürən, 50 texnika cəlb olunub. Son 48 saat ərzində 400-dən xilasetmə əməliyyatı həyata keçirilib, 20 mindən çox insan təxliyə olunub. Hazırda proses davam etdirilir. Bölgədə qırmızı “Həyəcan” siqnalı elan edilib, fövqəladə vəziyyətin elan olunması nəzərdən keçirilir.
Son 36 saatda regiona altı aylıq norma miqdarında yağıntının düşdüyü bildirilir. Ümumilikdə 23 çay daşıb, 280 torpaq sürüşməsi baş verib, 400 yol bağlanıb. Bəzi şəhərlərin mərkəzi küçələrində suyun səviyyəsi bir metri keçib. Sel və daşqınlar nəticəsində 9 nəfər həlak olub. Bölgədəki beş min ferma sel suları altında qalıb. Dəymiş ziyan milyardlarla avro qiymətləndirilir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts