İtaliyada bina çöküb, dağıntılar altında qalanlar var

Tokio, 16 iyul , /AJMEDIA/

İtaliyanın Neapol əyalətinin Torre del Qreko şəhərində üçmərtəbəli bina çöküb.
AJMEDIA xəbər verir ki, əraziyə mülki müdafiə və xilasetmə qrupları cəlb olunub. Ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
İndiyədək dağıntılar altından 3 nəfər sağ çıxarılıb. Onların hamısı bədənin müxtəlif hissələrinin zədələnməsi ilə xəstəxanaya yerləşdirilib. Çökmə nəticəsində, həmçinin yoldan keçən 3 nəfər yaralanıb. Binada 5 ailənin yaşadığı bildirilir.
İtaliya Nazirlər Şurası Baş nazir Ciorcia Meloninin xilasetmə əməliyyatlarını yaxından izlədiyini, mütəmadi olaraq mülki müdafiə qrupunun rəhbəri ilə telefonla əlaqə saxladığını açıqlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts