İsveç polisi Tövratı və İncili yandırmaq üçün müraciət edən şəxsə icazə verib

Tokio, 15 iyul , /AJMEDIA/

İsveç polisi Tövratı və İncili yandırmaq üçün müraciət edən 30 yaşlı şəxsə icazə verib.
AJMEDIA Anadolu Agentliyinə istinadən xəbər verir ki, sözügedən aksiya iyulun 16-da yerli vaxtla saat 13:00-da İsveçin paytaxtı Stokholmda İsrail səfirliyi qarşısında keçiriləcək.
Bu barədə açıqlama verən İsveç İslam Federasiyasının prezidenti Tahir Akan təxribat xarakterli hərəkəti pisləyib. O, iyunun 28-də – Qurban bayramının ilk günü Stokholmda məscidin qarşısında təxribat məqsədilə “Qurani-Kərim”in yandırıldığını xatırladıb və İsveç kimi demokratik ölkədə belə təxribat xarakterli hərəkətlərin həyata keçirilməsinə təəssüfləndiyini bildirib.
Qeyd edək ki, İsveçdə dəfələrlə müqəddəs kitablara qarşı bu kimi hallar yaşanıb və etirazlara baxmayaraq İsveç polisi buna biganə qalıb. Son belə hal Stokholmda Türkiyə səfirliyi qarşısında etiraz zamanı vətəndaşın “Qurani-Kərim”i yandırması olub. İzdihamlı polisin mühafizəsi altında keçirilən aksiyada heç kimin həmin şəxsə yaxınlaşmasına icazə verilməyib. Bu hadisəyə isə Türkiyə, İraq, Pakistan, İndoneziya və Əfqanıstan başda olmaqla, bir çox İslam ölkələri, o cümlədən ABŞ və Rusiya hadisəyə reaksiya verərək bunu təəssüf hissiylə qınayıb. Yalnız bundan sonra İsveç administrasiyası hadisə ilə bağlı araşdırmalara başlayıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts