İstanbul-Bakı aviareysi texniki nasazlıq səbəbindən təxirə salınıb

Tokio, 2 sentyabr , /AJMEDIA/

“Azərbaycan Hava Yolları” aviaşirkətinin ötən gün J2-078 İstanbul-Bakı marşrutu üzrə planlaşdırdığı reysin icrası təyyarənin göyərtəsindəki kompüter sistemində yaranmış nasazlıq səbəbindən təxirə salınıb.

AZAL-dan AJMEDIA-ya bildirilib ki, texniki xidmət işçilərinin problemi dərhal həll etməyə çalışmalarına baxmayaraq, bu proses əlavə vaxt tələb edib. Reysin bu gün günorta saatlarında yerinə yetirilməsi planlaşdırılır. Qeyd edək ki, bu reyslərin sərnişinləri hoteldə yerləşdirilib və aviaşirkətin qaydalarına uyğun olaraq içki və qidalanma daxil olmaqla, zəruri vasitələrlə təmin ediliblər.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts