İsrailli ekspert Ermənistan tərəfindən Azərbaycan ərazilərində törədilmiş vandalizmdən danışıb

Tokio, 6 Oktyabr, /AJMEDIA/

İran özünün sərt və düşünülməmiş hərəkətləri və bəyanatları ilə Cənubi Qafqazda sülhün və sabitliyin bərqərar edilməsi prosesini pozur.

AJMEDIA xəbər verir ki, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri Arye Qut bu barədə İsrailin Doqquzuncu televiziya kanalının birbaşa efirində danışıb.

Arye Qut bir neçə ay bundan əvvəl erməni işğalından azad edilən ərazilərdə olduğunu vurğulayıb. O deyib: “Erməni işğalı nəticəsində yandırılan torpaqlarda olduğum ilk andan məndə elə hiss var idi ki, sanki bu ərazilərə dəhşətli taun gəlib. İşğaldan azad edilən bütün ərazilərdə nə bir məktəb, nə bir uşaq bağçası, nə bir kitabxana və muzey, nə də bir daş üstə daş qalmışdı. Erməni təcavüzkar ordusu Ağdam, Füzuli, Qubadlı, Cəbrayıl və Zəngilan kimi şəhərləri yer üzündən silərək talançılıq və vandalizmlə məşğul olub. Erməni işğalçıları 28 il ərzində bu ərazilərdə kütləvi vandalizm, urbisid, ekoloji və mədəni soyqırımı törədərək Azərbaycanın bu gözəl regionunu dağıdıb və yerlə-yeksan ediblər”.

İsrailli ekspert qeyd edib ki, əvvəllər küçələrin və evlərin, məktəblərin və muzeylərin olduğu yerdə o, dağıdılmış qapı-pəncərə yerləri görüb. Bütün xarabalıqlarda ağaclar bitmişdi. Arye Qut vurğulayır: “Əgər ermənilər bu əraziləri özününkü adlandırırlarsa, o halda niyə bu ərazilər kabus şəhərlər kimi görünür, niyə onlar bu ərazilərdə çoxsaylı minalar və tanklar üçün tunellər qoyub gediblər, görəsən, ermənilərdə vətən anlamı belə xəyalidirmi? Məgər Qarabağı özününkü adlandıran ölkə şəhərləri faşistcəsinə məhv edə, onları kabus şəhərə çevirə, oranı tərk edəndə bütün evləri yandıra bilərmi? Bəs “ədalətli” İran bütün bu müddətdə harada idi?!”

Arye Qutun sözlərinə görə, Avrasiyada heç bir ölkənin İsraillə Azərbaycan kimi sıx, səmimi, strateji və dostcasına münasibəti yoxdur. İsrailli ekspert deyib: “Hazırda İsraildə Azərbaycan səfirliyi yoxdur. Lakin bu ölkə Təl-Əviv ilə artıq 30 ildir möhkəm, hərtərəfli və sıx dövlətlərarası münasibət saxlayır”.

Ekspert daha sonra deyib: “Ermənistan İkinci Qarabağ müharibəsində tam geosiyasi, diplomatik və hərbi fiaskoya uğrayıb. Ermənistan razılaşa bilmir ki, məhz Azərbaycan Cənubi Qafqazda İsrailin çox mühüm strateji tərəfdaşıdır, Azərbaycan İsraillə hərbi-strateji tərəfdaşlıqdan bütün texnoloji üstünlük əldə edir və postsovet məkanında heç bir başqa ölkə bu üstünlüklərə sahib deyil”.

“Qeyd etmək çox vacibdir ki, İsrail-Azərbaycan münasibətləri strateji və hərbi-texniki tərəfdaşlıq xarakteri daşıyır, iki ölkənin yüksək etimad səviyyəsinə malik, daim dialoqda olan hökumətlərarası komissiyası fəal işləyir”, – deyə Arye Qut İsrailin Doqquzuncu televiziya kanalında çıxışına yekun vurub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts