İsrailin Aşqabadda səfirliyi açılacaq

Tokio, 19 aprel , /AJMEDIA/

Türkmənistanın paytaxtı Aşqabadda İsrail səfirliyi açılacaq.

AJMEDIA-nın TurkicWorld-a istinadən məlumatına görə, İsrailin Xarici İşlər naziri Eli Koen Azərbaycandan sonra Türkmənistana səfər edəcək. Eli Koen son 30 ildə Orta Asiya ölkəsinə səfər edən ilk İsrailli nazir olacaq.

Nazir Koen səfəri çərçivəsində Türkmənistanın paytaxtı Aşqabadda İsrail səfirliyinin açılışını edəcək.

Cümə axşamı, aprelin 20-də İsrailin xarici işlər naziri Türkmənistan prezidenti Serdar Berdiməhəmmədov tərəfindən qəbul ediləcək.

Koen Türkmənistanın xarici işlər naziri Rəşid Meredov və kənd təsərrüfatı naziri ilə də görüşəcək.

Qeyd edək ki, İsrail və Türkmənistan arasında diplomatik əlaqələr 1993-cü ildə qurulub. Təxminən on il əvvəl açılmış Aşqabadda indiyədək müvəqqəti diplomatik nümayəndəlik fəaliyyət göstərir.

Xatırladaq ki, İsrailin Xarici İşlər naziri Eli Koen aprelin 18-də Azərbaycana səfər edib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts