İranda edamların sayı artıb

Tokio, 19 aprel , /AJMEDIA/

İranda məhkəmələrin edam qərarı rekord həddə çatıb. Belə ki, 2022-ci ildə 582 nəfər edam edilib ki, bu da 2021-ci ilə nisbətən 75 faiz çoxdur.
AJMEDIA “Human Rights” təşkilatının İranda insan hüquqları ilə əlaqədar hazırladığı hesabata əsasən bildirir ki, 2021-ci ildə 333 nəfər edam edilib. Hesabat müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən hazırlanıb, ona görə də edam edilənlərin hamısının adlarını dəqiqləşdirmək mümkün olmayıb.
Hesabata görə, edam edilənlərin 16-sı qadın, 3 nəfəri isə yetkinlik yaşına çatmayan şəxs olub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts