İran ərazisindən Pakistana hücum: 4 əsgər həlak olub

Tokio, 1 aprel , /AJMEDIA/

İranla sərhəddə Pakistanın 4 əsgəri öldürülüb.
AJMEDIA “TRT Haber”ə istinadla xəbər verir ki, bu, son 3 ayda ikinci belə hadisədir.
Pakistan ordusundan verilən açıqlamada İran ərazisindən yaraqlıların Bəlucistan əyalətinin Keç bölgəsində sərhəddə patrul maşınına silahlı hücum təşkil etdiyi və 4 əsgərin həyatını itirdiyi bildirilib. Tehrandan bu cür hücumların gələcəkdə təkrarlanmaması üçün silahlılara qarşı təsirli addımlar atması istənilib.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, yanvarın 18-də silahlıların Bəlucistan əyalətində İran ərazisindən təhlükəsizlik qüvvələrinin karvanına hücumu nəticəsində də 4 pakistanlı əsgər həlak olmuşdur.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts