Hindistanın Odişa ştatında bir günlük matəm elan edilib

Tokio, 3 iyun , /AJMEDIA/

Hindistanın Odişa ştatının hakimiyyət orqanları Balasore şəhəri yaxınlığındakı Bahanaq dəmir yolu stansiyası ərazisində qatarların toqquşması nəticəsində çoxsaylı insan ölümü ilə əlaqədar bir günlük matəm elan edib.
AJMEDIA xəbər verir ki, bu barədə ştat hökumətinin mətbuat xidməti məlumat yayıb.
“Faciəli Bahanaq dəmir yolu qəzası ilə əlaqədar Odişanın baş naziri Naveen Patnaik bir günlük matəm elan edib”, – deyə bildirilib.
Şənbə günü ştatda bütün şənlik və əyləncə tədbirlərinin keçirilməsi qadağandır.
“Agence France-Presse”in məlumatına görə, Hindistanın şərqində qatarların toqquşması nəticəsində ölənlərin sayı 288-ə, yaralıların sayı isə 900-ə çatıb.
Qəza yerində xilasetmə işlərinə 500-dən çox insan cəlb olunub.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts