Hindistanın bir neçə bölgəsində güclü leysan yağışları daşqınlara səbəb olub

Tokio, 23 iyul , /AJMEDIA/

Hindistanın şimal-qərbindəki Qucarat ştatında yağan güclü yağışlar şiddətli daşqınlara səbəb olub.
AJMEDIA xəbər verir ki, bu barədə şənbə günü “The Times of India” məlumat yayıb.
“Su selləri avtomobilləri, mal-qaranı yuyub aparır. Şənbə günü səhərdən etibarən ştatın bəzi ərazilərinə 233 mm-ə qədər yağıntı düşüb”, -deyə nəşrdə qeyd olunur.
Yerli sakinlər tərəfindən paylaşılan sosial media görüntülərində şiddətli selin basdığı küçələr görünür.
Hindistanın digər bölgələrindən də kəskin hava şəraiti ilə bağlı xəbərlər gəlir. Belə ki, Qucaratın cənubunda yerləşən Qoa ştatında güclü yağışlar çoxsaylı ağacların aşmasına səbəb olub, xilasetmə xidmətlərinə şənbə günü yerli sakinlərdən 50-dən çox müraciət daxil olub.
Fırtına Hindistanın şimalını da vurub. Himaçal Pradeş ştatında da leysan yağışları ən azı üç nəfərin itkin düşməsinə səbəb olub.
Cəmmu və Kəşmir ştatında da güclü yağışlar səbəbindən çətin vəziyyət yaranır.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts