Hindistanda qatar qəzasında 14 nəfər ölüb

Tokio, 30 oktyabr , /AJMEDIA/

Hindistanın Andhra Pradeş ştatında qatar qəzasında ən azı 14 nəfər ölüb, 54 sərnişin xəsarət alıb.

AJMEDIA Hindistan mediasına istinadla xəbər verir ki, hadisə oktyabrın 29-da axşam saatlarında baş verib. Alamanda və Kantakapel şəhərləri arasında hərəkət edən sərnişin qatarı işıq siqnalına məhəl qoymadan hərəkətini davam etdirib və digər qatarla toqquşub.

Hadisə yerində cəsədi tapılanlardan yeddisinin şəxsiyyəti müəyyən edilib. Hazırda digər meyitlərin şəxsiyyətinin müəyyən edilməsi üçün ekspertiza aparılır.

Qeyd edək ki, Hindistanda texniki nasazlıq, maşinist və dispetçerlərin məsuliyyətsizi ucbatından tez-tez qatar qəzaları baş verir. Bu ilin iyun ayında Odişa ştatında hərəkətin təhlükəsizliyi sistemində elektron bloklama nasazlığı səbəbindən baş verən qatar qəzasında 294 nəfər ölmüş, 900-dən çox sərnişin xəsarət almışdı.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts