Hindistanda musson yağışları nəticəsində 100-dən çox insan ölüb

Tokio, 13 iyul , /AJMEDIA/

Hindistanın şimalında bir neçə gündür davam edən musson yağışlarının səbəb olduğu daşqınlar və torpaq sürüşmələri 100-dən çox insanın həyatına son qoyub.
AJMEDIA Associated Press agentliyinə istinadla xəbər verir ki, Himaçal-Pradeş ştatında daşqınlar 170 evi məhv edib, 600 binaya zərər vurub. Ştat ərazisində azı 88 nəfər təbii fəlakətin qurbanı olub. Şənbə günündən bəri helikopterlərin köməyi ilə ştatda 300-ə yaxın insan xilas edilib. Onların hamısı turistlərdir.
Eyni zamanda, Dehlinin Camna çayı sahilində yerləşən rayonları su altında qalıb. Hakimiyyət orqanları 30 minə yaxın insanı təhlükəsiz ərazilərə təxliyə edib. Kollec və məktəblər bağlanıb, onların bəziləri yardım düşərgələri kimi fəaliyyət göstərir. Hazırda çayda suyun səviyyəsi artmaqda davam edir.
Təbii fəlakət Dehlidə bir nəfərin həyatına son qoyub. Həmçinin Uttar-Pradeş ştatında 12 nəfərin, Kəşmirin Hindistanın nəzarətində olan hissəsində isə dörd nəfərin öldüyü bildirilir.
Hidrometeoroloqların proqnozuna görə, yaxın zamanlarda ölkə daha şiddətli musson yağışlarının təsirinə məruz qalacaq.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts