Hindistanda avtobus çaya düşüb: 15 nəfər ölüb, 25 nəfər xəsarət alıb

Tokio, 9 may , /AJMEDIA/

Hindistanın Madhya Pradeş ştatında sərnişin avtobusunun yoldan çıxaraq çaya düşməsi nəticəsində azı 15 nəfər ölüb, 25 nəfər bədən xəsarəti alıb.
AJMEDIA Hindistan mediasına istinadla xəbər verir ki, hadisə Xarqon rayonunun Donqar kəndində baş verib. Yerli polisin məlumatına əsasən, içərisində 50 sərnişin olan avtobus körpüyə çırpılaraq suyu qurumuş çaya düşüb. Köməyə ilk gələn kənd sakinləri şüşələri sındıraraq yaralıları və sağ qalanları avtobusdan çıxarıblar. Xəsarət alanları yaxınlıqdakı tibb məntəqələrinə çatdırıblar. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
İlkin ehtimala görə avtobus sürətlə hərəkət etdiyindən sürücü idarəetməni itirib.
Qeyd edək ki, Hindistan dünyada nəqliyyat qəzalarında ölüm hallarının ən yüksək olduğu ölkədir. Qəzaların əksəriyyəti ehtiyatsız idarəetmə, yolların baxımsız, nəqliyyat vasitələrinin köhnə olması səbəbindən baş verir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts