“Hindistan və Pakistandan ölkəmizə gələn turistlərin sayı artıb” – Dövlət Turizm Agentliyi

Tokio, 31 may , /AJMEDIA/

Son dövrlərdə Hindistan və Pakistandan gələn xarici ziyarətçilərin sayı artmaqdadır. Cari ilin son 4 ayının statistikasına əsasən hər iki ölkə müvafiq olaraq 5 və 6-cı yerlərdə qərarlaşıblar. Hindistan və Pakistan COVD-19 pandemiyasından sonra tam bərpa olunan, hətta 2023 və 2019-cu ilin yanvar, aprel aylarının müqayisəsinə əsasən müvafiq olaraq 72 faiz artım göstərən ölkələr sırasındadırlar.
Bu barədə AJMEDIA-ya Dövlət Turizm Agentliyindən məlumat verilib.
“Cari ilin yanvar, fevral aylarında Azərbaycan Turizm Bürosu tərəfindən Hindistanın Mumbai, Çenay, Əhmədabad və Dehli şəhərlərində tanıtım tədbirləri təşkil olunub. Hazırda Dehli ilə həftədə 3 dəfə olmaqla uçuşlar həyata keçirilir. Pakistanın isə Karaçi, İslamabad, Lahor şəhərlərindən ümumilikdə həftədə 5 dəfə olmaqla uçuşlar təşkil olunur”, – deyə məlumatda qeyd edilib.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts