Hatayda meşəlik ərazidə yanğın: vətəndaşlar təxliyə olunub

Tokio, 16 iyul , /AJMEDIA/

Türkiyənin Hatay vilayətinin Belen rayonunda meşə yanğını baş verib.
AJMEDIA “TRT Haber”ə istinadla xəbər verir ki, alovlar havadan və qurudan yanğınsöndürənlərin müdaxiləsi ilə söndürülməyə çalışılır.
Soğuoluk bölgəsinin sakinləri təxliyə edilib.
Yanğın küləyin təsiri ilə getdikcə daha geniş əraziyə yayılır. Yanğınsöndürmə işlərinə 9 təyyarə və 21 helikopter cəlb olunub.
Qeyd edək ki, Türkiyənin bir neçə bölgəsində meşəlik ərazilərdə yanğın baş verib. Mersin və Boludakı yanğınlar kontrol altına alınıb, Çanakkaledəki yanğının söndürülməsi isə davam edir.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts