Gümüş medalçı: Bakıdakı Dünya Kubokunda iştirak etmək maraqlı idi

Tokio, 10 mart , /AJMEDIA/

Bakıdakı Dünya Kubokunda iştirak etmək maraqlı idi.

Bu sözləri müsahibəsində Bakıda keçirilən gimnastika üzrə Dünya Kubokunda gümüş medal qazanan yaponiyalı idmançı Kaoruko Takezeva deyib. O bildirib ki, ikinci yer onun üçün yaxşı nəticədir: “Yarış mənim üçün maraqlı alındı. Düzdür, daha yaxşı nəticə göstərə bilərdim. Ancaq Dünya Kuboku kimi bir yarışda gümüş medal qazanmaq əla hissdir”.

K.Takezeva Azərbaycan haqqında təəssüratını da bölüşüb. O deyib: “Təşkilatçılıq, eləcə də Bakı şəhəri çox əladır. Burada hər kəs bizə yaxşı münasibət göstərir”.

Qeyd edək ki, Bakıda baş tutan Dünya Kubokunda 67 ölkədən 300-dək kişi və qadın gimnast mübarizə aparıb.

Follow us on social

Facebook Twitter Youtube

Related Posts